beta

Parkinqi söhbətlə idarə et.

AzParking hesabını Claude, Codex və digər MCP klientlərinə qoş: parkinq aç və bağla, borcları ödə, avtomobil və kartları gör. Giriş telefon nömrəsi və SMS kodu ilədir, token sənin cihazında qalır.

Bir əmr, bir SMS kodu, hazır.

Qoşulma

Klientini seç, əmri kopyala. Qoşulanda brauzer açılacaq, nömrəni və SMS kodunu yazacaqsan.

Claude Code

Terminalda bir əmr. Sonra /mcp menyusundan azparking seçib daxil ol.

claude mcp add --transport http azparking https://azparking.dev/mcp

Codex CLI

Serveri əlavə et, sonra login əmri brauzeri açacaq.

codex mcp add azparking --url https://azparking.dev/mcp
codex mcp login azparking

claude.ai və Claude Desktop

Settings → Connectors → Add custom connector bölməsinə bu ünvanı yapışdır:

https://azparking.dev/mcp

Cursor, VS Code, Windsurf, ChatGPT və digərləri

Streamable HTTP dəstəkləyən istənilən klientin MCP konfiqurasiyasına əlavə et:

{
  "mcpServers": {
    "azparking": {
      "type": "http",
      "url": "https://azparking.dev/mcp"
    }
  }
}

Yalnız stdio (əmr) dəstəkləyən klientlər üçün mcp-remote körpüsü:

npx -y mcp-remote https://azparking.dev/mcp

Necə işləyir

1

Qoş

Klientinə serverin ünvanını verirsən. Klient özü auth başladır.

2

Nömrə və SMS kodu

Brauzerdə AzParking nömrəni yazırsan, gələn kodu daxil edirsən. Kod 2 dəqiqə etibarlıdır.

3

Hazır

Klient tokeni özü saxlayır. Serverdə AzParking tokeni yalnız sənin tokeninlə açıla bilən şifrəli formadadır.

Nə edə bilir

Seans açma, bağlama və ödəniş kimi əməliyyatlar yalnız sənin aydın istəyinlə çağırılır; variant çox olanda MCP seçim soruşur.